Geri
10.06.2026

Kişinyovda “Merlər Razılaşması- Şərq Tərəfdaşlığı 15 illiyi”nə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Kişinyovda “Merlər Razılaşması- Şərq Tərəfdaşlığı 15 illiyi”nə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Kişinyovda “Merlər Razılaşması- Şərq Tərəfdaşlığı (CoM East) 15 illiyi”nə həsr olunmuş beynəlxalq konfrans keçirilib


Konfransda Xırdalan şəhərini #Xırdalan Bələdiyyəsinin sədri Anar Abbasov təmsil edib.


#Moldova Respublikasının paytaxtı #Kişinyov'da “Merlər Razılaşması- Şərq Tərəfdaşlığının (CoM East) 15 illiyi”nə həsr olunmuş yüksək səviyyəli beynəlxalq konfrans keçirilib.


Konfransda Moldova hökumətinin vəzifəli şəxsləri, diplomatik korpusun rəhbərləri, üzv ölkələrin bələdiyyə sədrləri, beynəlxalq təşkilatların və maliyyə institutlarının təmsilçiləri, ekspertlər və media nümayəndələri, ümumilikdə 200-ə qədər şəxs iştirak edib.


Konfrans çərçivəsində region ölkələrində həyata keçirilən iqlim və enerji təşəbbüsləri, yerli özünüidarəetmə sahəsində əldə olunan təcrübələr, həmçinin gələcək əməkdaşlıq perspektivləri mövzularında diskussiyalar keçirilib.


Eyni zamanda toplantıda dayanıqlı şəhər inkişafı, enerji səmərəliliyi, yaşıl transformasiya və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində həyata keçirilən layihələr və strateji yanaşmalarla bağlı fikir mübadiləsi aparılıb.


Bu tədbir müxtəlif ölkələrin yerli idarəetmə nümayəndələri üçün qarşılıqlı təcrübə mübadiləsi, innovativ yanaşmaların paylaşılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb.


Konfrans həm strateji dialoq, həm də praktiki təcrübə mübadiləsi platforması kimi çıxış edərək, Şərq Tərəfdaşlığı ölkələrinin dayanıqlı yerli inkişaf və iqlim neytrallığına sadiqliyini bir daha təsdiqləyib.


 “Merlər Razılaşması- #Şərq Tərəfdaşlığı (#CoMEast) 15 il” beynəlxalq konfransından əsas gözləntilər:


-Şərq Tərəfdaşlığı regionunda yerli iqlim və enerji fəaliyyəti üzrə siyasi və institusional öhdəliyin 


möhkəmləndirilməsi;


-Avropa Yaşıl Razılaşmasına və milli inkişaf prioritetlərinə uyğun MR-Şərq növbəti mərhələsi üçün ortaq baxışın formalaşdırılması;


-Bələdiyyələr, milli hökumətlər, Aİ institutları və beynəlxalq tərəfdaşlar arasında koordinasiyanın gücləndirilməsi;


-Şərq Tərəfdaşlığının qlobal iqlim və enerji keçidi gündəliyinə töhfələrə əlçatanlığın artırılmasıdır.


 Məlumat üçün bildirik ki, Merlər Razılaşması (MR) dünyanın yerli səviyyədə iqlim və enerji sahəsində fəaliyyət göstərən ən böyük platformasıdır. 2008-ci ildə Avropa İttifaqının başladığı bu təşəbbüs 55 ölkədə 11000-dən çox yerli və regional hakimiyyəti iqlim və enerji hədəflərini həyata keçirmək üçün könüllü öhdəlik ətrafında birləşdirib. Şərq Tərəfdaşlığı regionunda 2011-ci ildən etibarən bir çox bələdiyyələr Merlər Razılaşmasına qoşularaq istixana qazı emissiyalarının azaldılması, eləcə də yerli səviyyədə enerji səmərəliliyinin artırılması ilə bağlı öhdəlik götürüblər.


 


#MerlərRazılaşması


#YaşılEnerji


#Xırdalanbələdiyyəsi


#Khirdalanmunicipality

Qalereya

Kişinyovda “Merlər Razılaşması- Şərq Tərəfdaşlığı 15 illiyi”nə həsr olunmuş beynəlxalq konfrans keçirilib Kişinyovda “Merlər Razılaşması- Şərq Tərəfdaşlığı 15 illiyi”nə həsr olunmuş beynəlxalq konfrans keçirilib Kişinyovda “Merlər Razılaşması- Şərq Tərəfdaşlığı 15 illiyi”nə həsr olunmuş beynəlxalq konfrans keçirilib Kişinyovda “Merlər Razılaşması- Şərq Tərəfdaşlığı 15 illiyi”nə həsr olunmuş beynəlxalq konfrans keçirilib Kişinyovda “Merlər Razılaşması- Şərq Tərəfdaşlığı 15 illiyi”nə həsr olunmuş beynəlxalq konfrans keçirilib
Paylaş:
Bütün xəbərlər

Oxşar xəbərlər