Geri
20.07.2026

Xırdalan Bələdiyyəsinin sədri tələbələrlə görüşüb

Xırdalan Bələdiyyəsinin sədri tələbələrlə görüşüb

Xırdalan bələdiyyəsinin sədri Anar Abbasov Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin Mühasibat uçotu ixtisasının tələbələri ilə görüşüb. Bələdiyyə sədri görüşdə bildirib ki, istehsalat təcrübəsinin məqsədi tələbələrin təhsil müəssisəsində aldığı nəzəri biliklərini möhkəmləndirmək, onları praktiki bacarıq və səriştələrlə tamamlamaq, müstəqil və səmərəli əmək fəaliyyətinə hazırlamaq və gələcək karyera inkişafına kömək etməkdir.

Anar Abbasov ölkəmizin yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin hüquqi əsasları, bələdiyyənin maliyyə qaynaqları və yerli sosial məsələlərin həllində oynadığı rol barədə geniş məlumat verib. Sədr Xırdalan bələdiyyəsinin gördüyü işlər, qurumun yerli məsələlərin həllində iştirakının artırılması üçün atılan addımlar haqqında da danışıb. Anar Abbasov Xırdalan bələdiyyəsinin qoşulduğu beynəlxalq proqramlar, həmçinin Xırdalan şəhərindəki təhsil müəssisləri ilə qurulan əlaqələr barədə də tələbələrə məlumat verib. Bələdiyyə sədri təcrübə proqramını uğurla başa vuran tələbələri sertifikatla təltif edib. Sonda tələbələrin sualları cavablandırılıb.

Qalereya

Xırdalan Bələdiyyəsinin sədri tələbələrlə görüşüb Xırdalan Bələdiyyəsinin sədri tələbələrlə görüşüb Xırdalan Bələdiyyəsinin sədri tələbələrlə görüşüb
Paylaş:
Bütün xəbərlər

Oxşar xəbərlər