Bələdiyyə haqqında

1

Xırdalan bələdiyyəsi haqqında

12 dekabr 1999-cu ildə ölkəmizdə keçirilmiş ilk bələdiyyə seçkiləri nəticəsində formalaşdırılmış yerli özünüidarəetmə qurumlarından biri də Xırdalan Bələdiyyəsidir. Xırdalan bələdiyyəsinə indiyədək 6 dəfə seçki keçirilib. Seçki Məcəlləsinə uyğun olaraq bələdiyyə üzvlərinin sayı bələdiyyə ərazisindəki əhalinin sayına görə tənzimlənir. Xırdalan bələdiyyəsinin üzvlərinin sayı 1999-cu il seçkilərində 13, 2004-cü ildə 15, 2009-cu ildə 17, 2014, 2019 və 2025-ci il seçkilərində isə 19 nəfər olub. Xırdalan bələdiyyəsinin sədri 2000-2001-ci illərdə Eyyub Hüseynov, 2001-2019-cu illərdə, Eldar Əhmədov, 2020-2025-ci illərdə isə Orxan Musayev olub. Hazırda Xırdalan bələdiyyəsinin 19 üzvü var. 2025-ci ilin fevral ayından etibarən Xırdalan bələdiyyəsinin sədri Anar Abbasovdur. Bələdiyyədə aşağıdakı komissiyalar fəaliyyət göstərir: 1. Yerli büdcə (daimi) 2. Yerli ekologiya (daimi) 3. Hüquq məsələləri (daimi) 4. Yerli sosial (daimi) 5. Yerli iqtisadi İnkişaf (daimi) 6. Gender 7. Gənclər və İdman Xırdalan bələdiyyəsində 10 şöbə fəaliyyət göstərir: 1. Ümumi işlər və kadrlar şöbəsi 2. Mühasibatlıq 3. Maliyyə şöbəsi 4. Vergi xidməti şöbəsi 5. Hüquq şöbəsi 6. Tikinti və Ərazi İdarəetmə şöbəsi 7. Təsərrüfat şöbəsi 8. Mərasim xidməti şöbəsi 9. Mətbuat xidməti və informasiya texnologiya şöbəsi 10. Beynəlxalq əlaqələr, investisiya və layihələr şöbəsi

Əlaqə və Məlumat

Bələdiyyə fəaliyyəti haqqında əlavə məlumat almaq və ya təkliflərinizi bildirmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.