Xırdalan Bələdiyyəsində "Qərbi Azərbaycana Qayıdış məsələsi Heydər Əliyev ideyalarına söykənir" mövzusunda görüş keçirilib. Toplantıda çıxış edən Xırdalan Bələdiyyəsinin sədri Anar Abbasov bildirib ki, xarici himayədarların dəstəyi ilə son iki əsrdə Qərbi Azərbaycanda məskunlaşdırılan ermənilər yerli türk-müsəlman əhaliyə qarşı soyqırım və deportasiya siyasəti həyata keçiriblər. İkinci Qarabağ müharibəsində Azərbaycan dövlətinin düşmən üzərində möhtəşəm qələbəsi yeni prioritetlər müəyyən edib. Soydaşlarımızın yenidən doğma yurdlarına qayıtması bu gün dövlət siyasətimizin ana istiqamətlərindən biridir. Cənab Prezident İlham Əliyevin bildirdiyi kimi biz hökmən doğma yurdumuza qayıtmalıyıq. O günün tez gəlməsi üçün hamının var gücü ilə çalışması lazımdır.
Qərbi Azərbaycan İcmasının Abşeron rayonu üzrə nümayəndəsi Bilman Vəliyev deyib ki, Qərbi Azərbaycana qayıdış bizim məqsədimiz və siyasi hədəfimizdir. Ermənistan adandırılan qondarma dövlətin qədim torpaqlarımıza qayıdışımıza mane olması faydasızdır. Qayıdış prosesinin həyata keçirilməsi bizə Ulu Öndər Heydər Əliyev tərəfindən tövsiyyə olunmuşdur. Biz Qərbi Azərbaycana mütləq qayıdacağıq.
Tədbirdə çıxış edən digər şəxslər də #QərbiAzərbaycan həqiqətləri barədə danışaraq tarixi faktların ermənilərin saxtakarlıqlarını ifşa etdiyini qeyd ediblər. Bildirilib ki, Qərbi Azərbaycana Qayıdış ideyasının reallaşması üçün xüsusilə gənclər arasında təbliğat və təşviqat işləri daha da gücləndirilməlidir.